Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan tarixinin qan yaddaşı” başlıqlı  onlayn tədbir keçirilib

30.03.2022

30.03.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 31 Mart Azərbaycanlıların soyqırım gününə aid "Azərbaycan tarixinin qan yaddaşı" başlıqlı  onlayn tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan kitabxana filialının müdiri Rahilə Qasımova 31 Mart Azərbaycanlıların  Soyqırım gününün qeyd edilməsi haqqında məlumat verdi və 1918-ci il 31 Mart Azərbaycanlıların Soyqırımından 104 il keçdiyini söylədi. Qeyd etdi ki, tarix heç zaman unudulmur, həm də yazılır. Tədbirdə soyqırımlarda həlak olan və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə GDU-nun Ümumi tarix kafedrasının dosenti, Tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, ADAU-nun ictimai elmlər və multikulturalizm kafedrasının müəllimi Şəfa
Musayeva, Gəncə şəhər 2 saylı peşə liseyinin tarix müəllimi Yeganə İbrahimova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi şairə, dramaturq Aləmzər Əlizadə çıxış etdilər. Tədbirdə son  iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmalarından ətraflı danışıldılar. Çıxış edənlər qeyd etdilər ki, 1918-ci il mart soyqırımında 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə on minlərlə azərbaycanlı əhalini- qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə-azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmışlar. Sonda qeyd edildi ki, erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır. II Qarabağ müharibəsində tarixi zəfər qələbəmiz bunun sübutudur.
Tədbirdə 26 saylı tam orta məktəbin 4-cü sinif şagirdi  Xədicə Qocayeva C.Cabbarlının "Dur, ey xar olan millət" və Hacı Səlim Səyyahın "Mart ayı" şeirlərini söylədi. 
Sonda 31 Mart Azərbaycanlıların Soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirildi.

 

100.6 KB

 

94.9 KB